Beynəlxalq turnirdə ikinci yer
Qadınlardan ibarət 3x3 basketbol növü üzrə milli komandamız noyabr ayının 5-dən 6-dək Aşqabadda (Türkmənistan) keçirilən beynəlxalq turnirə qatılıb. Milli yığmamızdan başqa turnirdə Rusiya, İran, Özbəkistan, Qazaxıstan, Kırğızıstan və Türkmənistan komandaları iştirak edib.

Basketbolçularımız qrup mərhələsində yaxşı nəticə göstərərək yarımfinalda özbək həmkarlarını 10:8 hesabıyla yenib.

Finalda millimiz ev sahibləri Tükkmənistan komandası ilə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən bu oyunda qızlarımız cəmi iki top fərqi ilə rəqibə uduzaraq (19:21) turnirin gümüş medallarını qazanıb.

Xəbər 909 dəfə oxundu.