Akrobatika gimnastikası üzrə 23-cü Bakı çempionatı başlayıb
Noyabrın 7-də akrobatika gimnastikası üzrə 23-cü Bakı çempionatına, həmçinin batut gimnastikası və tambliq üzrə 14-cü Azərbaycan birinciliyi və paytaxt çempionatına start verilib.

Yarışların ilk günündə qadın cütlükləri (2000-2007-ci il təvəllüdlü uşaqlar), kişi cütlükləri (böyüklər - 2002-ci il təvəllüdlü və daha böyüklər), qarışıq cütlüklər (böyüklər - 2002-ci il təvəllüdlü və daha böyüklər, uşaqlar – 2000-2007-ci il təvəllüdlü, balacalar – 2002-2010-cu il təvəllüdlü) və qadın qrupları (yeniyetmələr - 1998-2006-ci il təvəllüdlü, uşaqlar – 2000-2007-ci il təvəllüdlü, balacalar – 2002-2010-cu il təvəllüdlü) medallar uğrunda qüvvələrini sınayırlar.

Əllidən çox idmançının iştirak etdiyi yarışlarda Bakı Gimnastika Məktəbi, “Ocaq Sport” və “Neftçi” idman klubları, Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi təmsil olunur.

Xəbər 980 dəfə oxundu.