Kişi voleybolçular arasında Azərbaycan çempionatının IV turuna yekun vurulub
Kişi voleybolçular arasında Azərbaycan Superliqasında IV turun oyunları keçirilib.

Qarşılaşmalarda ev sahibləri qalib gəliblər. Görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb: “Neftçi” – “Sumqayıt” - 3:0 , “Naxçıvan” – “Nəqliyyatçı” - 3:2 , “Lokomotiv” - MOİK – 3:0

Dörd turdan sonra rəqiblərinə cəmi bir setdə məğlub olan “Neftçi” 12 xalla liderliyini davam etdirir. “Lokomotiv” 9 xalla ikinci, aktivində 6 xal olan “Naxçıvan” isə üçüncü pillədə qərarlaşıb.

Xəbər 725 dəfə oxundu.