Qurban Qurbanov: "Bizim üçün vacib qələbə idi"
Bu gün Premyer Liqanın XI turunda "Qarabağ"ımız səfərdə "Zirə"ni 2:0 hesabıyla məğlub edib. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyun haqda fikirlərini bildirib:

"Futbolçularımı təbrik edirəm. Xarakter nümayiş etdirdilər. PAOK-la oyundan sonra köklənmək çətin idi. Futbolçular çox əziyyət çəkdilər. Hər birinə təşəkkür edirəm. “Zirə” komandası bəlkə də, bu gün məğlubiyyətə layiq deyildi. Bizim üçün vacib qələbə qələbə idi. Düşünürəm ki, çempionatın ən vacib xallarından birini qazandıq".

Xəbər 725 dəfə oxundu.