Dünya çempionatında Azərbaycanı səkkiz samboçu təmsil edəcək
Noyabrın 9-14-də Bolqarıstanın paytaxtı Sofiyada sambo üzrə dünya çempionatı keçiriləcək.

Mundialda ölkəmizin idman şərəfini Ağasif Səmədov (52 kq), Fərid Yusifov (57 kq), Yusif Nəbiyev (62 kq), Emil Həsənov (68 kq), Amil Qasımov (74 kq), Vüqar Bayramov (82 kq), Murad Rəcəbli (90 kq) və Nizami Məmmədov (100 kq) qoruyacaqlar.

Yığmamız yarışda ASF-nin prezidenti Ceyhun Məmmədovun rəhbərliyi altında mübarizə aparacaq.

Dünya çempionatında ölkəmizi hakim qismində Cabir İsmayılov təmsil edəcək.




Xəbər 597 dəfə oxundu.