Azərbaycan komandasının Şimali İrlandiya ilə oyunda iştirak edəcək heyəti açıqlanıb
Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 11-də Belfastda Şimali İrlandiya yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Azərbaycan yığma komandasının baş məşqçisi Robert Prosineçki heyətdə 25 futbolçuya yer verib.

Millimizin heyətinə Kamran Ağayev (“Boavişta”, Portuqaliya), Səlahət Ağayev (“İnter”), Anar Nəzirov (“Zirə”), Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev, Qara Qarayev, Rahid Əmirquliyev, Arif Daşdəmirov, Əfran İsmayılov, Namiq Əsgərov (“Qarabağ”), Ruslan Abışov, Ağabala Ramazanov, Tərlan Quliyev (“İnter”), Araz Abdullayev, Rəhman Hacıyev (“Neftçi”), Məhəmməd Mirzəbəyov, Ruslan Qurbanov (“Qəbələ”), Elvin Məmmədov (“Zirə”), Dmitri Nazarov (“Erzgebirge Aue”, Almaniya), Eddi İsrafilov (“Kadiz”, İspaniya), Pavlo Paşayev (“Stal Kamyansk”, Ukrayna), Emin Mahmudov (“Boavişta, Portuqaliya), Ramil Şeydayev (“Trabzonspor”, Türkiyə) və Deniz Yilmaz (“Bursaspor”, Türkiyə) daxil ediliblər.

Xəbər 769 dəfə oxundu.