U-16 komandasından 5 cavabsız qol
"Neftçi” PFK-nın U-16 komandası böyük hesablı qələbə qazanıb. Baş məşqçi Bəhram Şaquliyevin yetirmələri U-16 liqasının 5-ci turunda AZAL klubunun qapısından 5 cavabsız top keçiriblər. Qollardan üçünü Vüsal Əsgərov, ikisini isə Musa Qurbanlı vurub.

Xəbər 801 dəfə oxundu.