UEFA Avropa liqası: “Qəbələ” Fransanın Sent-Etyen komandası ilə qarşılaşır
“Qəbələ” klubu UEFA Avropa liqasının qrup mərhələsi çərçivəsində növbəti oyununa çıxıb.

“C” qrupunda mübarizə aparan təmsilçimiz “8-ci kilometr” qəsəbə stadionunda “Sent-Etyen” (Fransa) klubunu qəbul edir.

İspaniyalı referi Karlos Del Serro Qrandenin idarə etdiyi matçda “Qəbələ”nin start heyətində Dmitri Bezotosnı, Vojislav Stankoviç, Rəşad Sadiqov, Sergey Zenyov, Ruslan Qurbanov, Vitali Vernidub, Məhəmməd Mirzəbəyov, Filip Ozobiç, Rikardinyo, Teo Uiks və Rəşad Eyyubov yer alıblar.

Fransa təmsilçisinin ilk onbirliyində isə meydana Stefan Rufye, Ussama Tannane, Henri Sayvet, Şeyx Mbenqu, Cordan Veretut, Ole Selnaes, Florentin Poqba, Kevin Mone Pake, Loik Perrin, Kevin Malsuit və Robert Beriç çıxıblar.

Xəbər 774 dəfə oxundu.