Kliçko idmandan gedir

Tanınmış ukraynalı boksçu, WBC versiyası üzrə super ağır çəkili dünya çempionu Vitali Kliçko idman karyerasını tamamladığı barədə bəyanat verib. 40 yaşlı peşəkar britaniyalı Çisora idə döyüşünü sonuncu adlandırıb. Son döyüş həm də qalmaqalla yadda qalıb. Dünya çempionu titulunu ukraynalıdan almaq idiasında olan Çisora görüşdən əvvəl tərəzidən keçərkən rəqibinin üzünə tüpürüb. Amma Kliçko bu ədəbsizliyi təmkinlə qarşılayıb. Cavabı rinqə saxlayıb. Rinqə çıxmazdan əvvəl britaniyalı boksçu yenə də tüpürcək atıb, amma bu dəfə kiçik Kliçkonun üzünə.
Döyüş zamanı Kliçko rəqibini nokauta göndərə bilməsə də, qalib gəlib və dünya çempionu titulunu qoruyub.
Görüşdən sonra mətbuat konfransında Çisora daha bir qalmaqal salıb. Ağır döşdən sonra əsəblərini cilovlaya bilməyən boksunun təhqir hədəfi öz həmyerlisi Devid He olub.


Xəbər 1104 dəfə oxundu.