Qəbələ - Sent-Etyen matçına 4 min bilet satılıb
Avropa Liqasının qrup mərhələsi çərçivəsində bu gün keçiriləcək "Qəbələ" - "Sent-Etyen" oyununa bilet satışı davam edir. 11 000 azarkeş tutumuna malik "Bakcell Arena"da baş tutacaq oyuna indiyə kimi cəmi 4000 bilet satılıb.

Oyun saatına kimi qalan bütün biletlərin satılması inandırıcı görünmür. Bu üzdən də çətin ki, axşam bu oyunda anşlaq yaşansın.

Xəbər 772 dəfə oxundu.