«Bakı» mübarizəni davam etdirir.

«Bakı»nın voleybolçu qadınları «Çellenc kubok»u uğrunda yarışların yarımfinalına keçid məsələsini uğurla həll etdilər. İlk oyunu səfərdə Rusiyanın «Omıçka» komandası ilə keçirən bakılılar, 2:3 hesablı məğlubiyyətdən sonra, ümidini ancaq doğma divarlara bağlaya bilərdilər. Dünən keçirilən cavab görüşündə komandamız 3:0 hesabı ilə qalib gələrək, «qızıl set» şansına nail oldu və burada da 10:9 hesablı qələbə qazandı. Beləliklə «Bakı» Çelenc kuboku uğrunda mübarizəni davam etdirir.
«Lokomotiv» in isə bu mübarizədə qalıb-qalmayacağı bu gün Bakıda Çexiyanın «Kralova pole» komandası ilə keçirəcəyi oyunun nəticəsindən asılı olacaq. Xatırladaq ki, Çexiyada keçirilən oyunda meydan sahibləri qalib gəlmişdilər – 3:2.

Xəbər 965 dəfə oxundu.