UEFA Avropa Liqası: “Qarabağ” komandası PAOK səfərində
Bu gün futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsində IV turun oyunları keçiriləcək.

Ağdamın “Qarabağ” klubu səfərdə Yunanıstanın PAOK komandasının qonağı olacaq. Bakıda keçirilən oyunda rəqibini məğlub edən (2:0) komandamız bunu Salonikidə də təkrarlamağa çalışacaq. “Qarabağ” heç-heçə sayəsində də qrupdakı vəziyyətini yaxşılaşdıra bilər.

Komandamız səfərdə qazanılan bir xal sayəsində də PAOK-u qabaqlayaraq ikinci pilləyə yüksələ bilər.

Qrupun digər oyununda “Fiorentina” İtaliyada “Slovan”ı (Çexiya) qəbul edəcək.

Qeyd edək ki, PAOK-“Qarabağ” oyunu noyabrın 3-də Salonikidəki “Toumba” stadionunda Bakı vaxtı ilə saat 00:05-də start götürəcək.

Xəbər 710 dəfə oxundu.