U-19 komandamız heç-heçə edib
"Neftçi” PFK-nın U-19 komandası növbəti oyununu keçirib. Futbolçularımız U-19 liqasının 7-ci turunda "Qəbələ” klubu ilə qarşılaşıb. Qəbələ şəhər stadionunun ehtiyat meydançasında baş tutmuş görüşdə qalib müəyyənləşməyib – 0:0.

Qeyd edək ki, "Neftçi” 17 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Xəbər 1309 dəfə oxundu.