"Qarabağ" artıq Salonikidədir
Avropa Liqasının qrup mərhələsi çərçivəsində Yunanıstanda yerli PAOK-la qarşılaşacaq "Qarabağ" artıq Salonikidədir. Ağdam klubu bu ölkədə böyük coşqu ilə qarşılanıb.

Belə ki, Yunanıstanda yaşayan 20-yə yaxın həmyerlimiz Salonikidəki hava limanına gələrək komanda üzvlərini qarşılayıblar. Bu da futbolçular üçün gözlənilməz olub.

Qeyd edək ki, PAOK - "Qarabağ" matçı sabah "Tumba" stadionunda keçiriləcək və yerli vaxtla saat 22:05-də (Bakı vaxtı ilə 00:05) start götürəcək.

Xəbər 768 dəfə oxundu.