Ukrayna nümayəndəsi dünyanın ən güclü qadın şahmatçılarının ilk üçlüyünə daxil olub
Ukraynalı Anna Muzıçuk dünyanın ən güclü qadın şahmatçılarının reytinqində üçüncü yerə yüksəlib.

Beynəlxalq Şahmat Federasiyasının (FİDE) noyabrın 1-i üçün olan yenilənmiş reytinqinə görə A.Muzıçukun aktivində 2561 xal var.

Aktivində 2635 xal olan Çin nümayəndəsi Hou İfan yenə reytinqin lideridir. Onun həmvətəni Yu Venyunun aktivində 2580 xal, Annanın bacısı, reytinq cədvəlində 8-ci yeri tutan Mariya Muzıçukun aktivində isə 2532 xal var.

AZƏRTAC

Xəbər 919 dəfə oxundu.