I Divizionda oktyabrın ən gözəl qolunu birgə seçək
Peşəkar Futbol Liqası Topaz Premyer Liqası ilə yanaşı, I Divizion yarışlarını da daim diqqətdə saxlayır. Biz artıq ikinci dəfə I Divizionda ayın ən yaxşı qolunu müəyyənləşdirəcəyik.

I Divizionda vurulan ən yaxşı qolu (5 qol arasından) azarkeşlər, idman jurnalistləri və Peşəkar Futbol Liqası səsvermə yolu ilə seçəcək. Ay ərzində vurulan ən yaxşı 5 qolun videosu Peşəkar Futbol Liqasının rəsmi saytında yerləşdiriləcək. Azarkeşlər sayta daxil olub, ən yaxşı qolu müəyyənləşdirmək imkanına malik olacaqlar.

Azarkeşlər və jurnalistlər ayrı-ayrılıqda səsvermənin 40 faizinə sahib olacaqlar.

Səsvermə zamanı hüquqların 20 faizi Peşəkar Futbol Liqasına məxsus olacaq. Əgər səsvermə zamanı jurnalistlər bir, azarkeşlər digər futbolçunu 1-ci yerə layiq görərsə, PFL ikisi arasında seçim edib, ən yaxşını müəyyənləşdirəcək. Əgər hər iki tərəfin seçimi üs-üstə düşərsə, bu zaman PFL səsvermə hüququndan istifadə etməyəcək.

Qeyd: Saytımızda sorğununun alt hissəsində yerləşdirilmiş “flash banner”in üzərinə klik edib oktyabr ayında I Divizionda vurulmuş 5 gözəl qolu izləyib, seçiminizi edə bilərsiniz. Sorğu 9 noyabradək qüvvədə olacaq.

Xəbər 752 dəfə oxundu.