Gənclər və idman naziri Biləsuvarda vətəndaşları qəbul edəcək
Gənclər və idman naziri cənab Azad Rəhimov noyabrın 04-də Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək. Qəbulda Ağcabədi, Beyləqan, Biləsuvar və İmişli rayon sakinləri iştirak edəcəklər.

Qəbul saat 11:00-da Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının inzibati binasında (Biləsuvar şəhəri, Mübariz İbrahimov küçəsi 1, Heydər Əliyev parkının ərazisi,RİH ilə üzbəüz) başlanacaq.

Xəbər 1248 dəfə oxundu.