ABU həndbol komandası ilə qarşılaşacaq “Femine Vize” heyətini açıqlayıb
Belçikanın “Femine Vize” həndbol klubu Bakının ABU komandası ilə oyun üçün heyətini açıqlayıb.

“Çelenc Cup” turnirinin üçüncü təsnifat mərhələsində Bakı təmsilçisi ilə qarşılaşacaq “Femine Vize” 19 oyunçu sifariş edib.

Son mövsümdə Belçika çempionatının gümüş medalını qazanan baş məşqçi Linde Panisin rəhbərlik etdiyi komandanın heyətində Boons Fyen, Brihe Lauran, Dubuç Koralin, Hoq Aliks, Jolli Maud, Leonaers Kristin, Loureyro Laura, Martin Laura, Masrouki Monia, Masrouki Sabrin, Miçel Laura, Periç Tamara, Raj Maurin, Radermeker Selin, Tilquin Kamill (hamısı Belçika), Van den Boorn Kim, Viynen Linn (hər ikisi Hollandiya), Bouçard Sesil və Friri Margot (hər ikisi Fransa) yer alıblar.

Qeyd edək ki, ABU komandası “Femine Vize” ilə hər 2 matçı Bakıda keçirəcək. Qarşılaşmalar noyabrın 12-13-də olacaq.

Xəbər 951 dəfə oxundu.