Polşa və Ukrayna Avro-2012-yə hazırdırlar

İyunun 8-də Polşada və Ukraynada start götürəcək Avropa futbol çempionatına hazırlıq planauyğun gedir. Polşanın idman və turizm naziri İoann Muxanın sözlərinə görə, hər iki dövlət çempionata hazırdır.

Nazir deyib: “”Hər şey cədvələ və planauyğun gedir. Polşada birinciliyə hazırlığın mərkəzi əlaqələndirmə sistemi yaxşı işləyir. Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) məlumat sistemi işləyir. Biz yaxından və səmərəli əməkdaşlıq edirik”.

Muxanın sözlərinə görə, Polşada bütün məsul xidmətlərin fəaliyyət üsulları və tədbirləri göstərilib risklər siyahısı hazırlanıb. Mümkün olan vəziyyətlərdən heç birinin gözdən qaçmaması üçün aprel-may aylarında bütün prosedurların yoxlanılması nəzərdə tutulub.

Nazir həm təhlükəsizliyin təmin olunması, həm də çempionatın təşkili çərçivəsində Polşa-Ukrayna əməkdaşlığını müsbət qiymətləndirərək deyib: ”Hazırda əməkdaşlığımızın prioriteti sərhəddən keçiddir. Prosedurlar sərhəddən tez keçməyə imkan verməlidir”. O əlavə edib ki, azarkeşlərin Avro-2012-yə ev sahibliyi edən şəhərlər arasında rahat gediş-gəlişini təmin etmək üçün dəmir yol və aviasiya xətti yaradılıb.

AzərTAc

Xəbər 941 dəfə oxundu.