Qadın boksçularımız Avropa çempionatına hazırlaşırlar
Noyabrın 14-də Bolqarıstanın Sofiya şəhərində qadınlar arasında boks üzrə Avropa çempionatına start veriləcək.

Yarışa hazırlığı davam etdirən milli komandamız təlim-məşq prosesini Azərbaycan Boks Federasiyasında yekunlaşdırmaq üzrədir.

Elbrus Rzayevin rəhbərliyi altında komandamız yarışa Əzizə Abbasova (48 kq), Anaxanım Ağayeva (51 kq), Anna Əlimərdanova (54 kq), Məhsəti Həmzəyeva (57 kq), Yana Alekseyeva (60 kq), Məryəm Cəbrayılova (64 kq), Şəhla Allahverdiyeva (75 kq), Leyla Cavadova (81 kq) və Aynur Rzayeva (81 kq-dan yuxarı) ilə hazırlaşır.

Milli komandamız təlim-məşq toplanışının bir hissəsini Bolqarıstanda davam etdirəcək.

Xəbər 740 dəfə oxundu.