“Neftçi” klubu Katalin Tira ilə müqaviləyə xitam verib
Bakının “Neftçi” klubu rumıniyalı futbolçu Katalin Tira ilə müqaviləyə xitam verib.

Bu, hər iki tərəfin qarşılıqlı razılaşması əsasında baş tutub.

Klubun icraçı direktoru Orxan Hüseynzadə bununla bağlı açıqlama verib: “Biz Katalin Tira ilə müqaviləyə qarşılıqlı razılıq əsasında təzminat ödəmədən xitam verdik. Ona aylıq məvacib ödəniləcək və tərəflərin bir-birinə heç bir borcu qalmayacaq”.

Xəbər 659 dəfə oxundu.