Əliyar Ağayev seçmə mərhələ oyununda
FIFA referisi Əliyar Ağayev növbəti beynəlxalq oyuna təyinat alıb.

2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsində noyabrın 13-də Nikosiya şəhərində keçiriləcək Kipr – Cəbəllütariq qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq. Ona Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.

Xəbər 753 dəfə oxundu.