“Təhsil” Respublika İdman Mərkəzinin komandaları beynəlxalq turnirdə uğur qazanıb
Gürcüstanın paytaxtı Tbilisi şəhərində voleybol üzrə “Tbilisi Open-2016” adlı beynəlxalq turnir keçirilib.

Yarışlarda 1999-2000-ci il təvəllüdlü oğlanlar və 2000-2001-ci il təvəllüdlü qızlardan ibarət 8 komanda mübarizə aparıb. Turnirdə “Təhsil” Respublika İdman Mərkəzinin oğlanlardan və qızlardan ibarət komandaları müvafiq olaraq ikinci və üçüncü yerə layiq görülüblər.

Qeyd edək ki, turnir yeniyetmə voleybolçuların ustalıq səviyyələrinin və yarış təcrübələrinin artırılmasına kömək etmək məqsədilə təşkil olunub.

Xəbər 737 dəfə oxundu.