Bakıda Şağan OİK-də Kombat Cu-Citsu üzrə Dünya kuboku təşkil olunub
Oktyabrın 28-dən 30-dək "MİLLİ CİU-CİTSU FEDERASİYASI"nın təşkilatçılığı ilə Bakıda Şağan OİK-də Kombat Cu-Citsu üzrə Dünya kuboku təşkil olunub.

Azərbaycan, Ukrayna, Rusiya, Gürcüstan, Qazağıstandan 150-ə yaxın idmançı bu yarışda iki gün birincilik uğrunda mübarizə aparıblar. Yarışda həmçinin Azərbaycan Kempo yığmasının üzvləri də iştirak ediblər. 8 idmançı ilə yarışa qatılan kempoçulardan 5 qızıl, 1 gümüş və 1 bürünc medallar qazanblar.
İlhamMəhəmmədi ( 40 kg),Mahmud Məhəmmədi (60 kg), Toğrul İbrahimli ( 55 kg), Kənan Camalov (65 kg), Sadiq Ağayev (62 kg) birinci,Xəyal Məmmədzadə (70 kg) ikinci,Fuad Abduləzimov üçüncü yerəsahib olublar.

Xəbər 717 dəfə oxundu.