FİFA səsvermədə dəyişiklik edib
FİFA ilin ən yaxşı futbolçusu və məşqçisini müəyyənləşdirmək üçün keçiriəcəyi səsvermədə dəyişiklik edib.

Bundan sonra səsvermədə təkcə millinin məşqçiləri, kapitanlar, jurnalistlər yox, futbolsevərlər də iştirak edəcək.

Yeni qaydalara əsasən, səslərin 50 faizini məşqçi və kapitanların, digər 50 faizini jurnalist və futbevərlərin səsi təşkil edəcək.

Qeyd edək ki, FİFA ilin ən yaxşı məşqçisi adına 10 namizədi noyabrın 2-i, ən yaxşı futbolçu adına 23 namizədi isə noyabrın 4-ü açıqlayacaq.

Xəbər 644 dəfə oxundu.