Silvio Qaççaniqa dünyasını dəyişib
Dünya çempionatının kubokunu hazırlamış Silvio Qaççaniqa dünyasını dəyişib. İtaliyalı dizayner 95 yaşında vəfat edib.

Qaççaniqanın oğlunun sözlərinə görə, atası yuxuda olarkən həyatla vidalaşıb.

Qaççaniqa dünya kubokunu 1971-ci ildə layihələndirib. Həmin mükafatın ilk qalibi adını DÇ-1974-ün finalında Hollandiyanı 2:1 hesabı ilə məğlub edən Almaniya yığması qazanıb.

Qeyd edək ki, Qaççaniqa, həmçinin UEFA Kuboku və UEFA Superkubokunun da dizayneri olub.

Xəbər 760 dəfə oxundu.