Şagirdlər arasında şahmat və dama birinciliklərinə yekun vurulub
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Gənclər Evində orta ümumtəhsil məktəblərinin I–XI sinif şagirdləri arasında şahmat və dama üzrə birinciliklər keçirilib.

Birinciliklərdə 32 komandanın tərkibində 192 şagird iştirak edib.

Şahmat yarışında birinci yeri 246 nömrəli məktəb-liseyin komandası tutub. Yarışda 126 nömrəli orta məktəbin komandası gümüş, 3 nömrəli orta məktəbin şagirdləri isə bürünc medala sahib olublar.

Dama birinciliyində 30 nömrəli orta məktəbin komandası fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yarışda 283 nömrəli orta məktəbin komandası ikinci, 244 nömrəli məktəbin şagirdləri isə üçüncü pillədə qərarlaşıblar.

Mükafatçılar Binəqədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən medal və diplomlarla təltif olunublar.

Xəbər 590 dəfə oxundu.