Millimiz ilk dəfə qarşılaşdığı rəqibə qalib gəldi

Azərbaycan milli komandası Dubaydakı təlim-məşq toplanışı çərçivəsində dünən 2-ci yoxlama matçına çıxıb. İdman.com.az saytının məlumatına görə, «ay-ulduzlular»ımızın rəqibi Hindistan yığması oldu. İlin ilk sınaq görüşündə sinqapurlu həmkarları ilə heç-heçə edən futbolçularımız, növbəti qarşılaşmada uğur qazanmaq niyyətində idilər. Bunu qarşılaşmadan öncə millinin üzvləri dedilər. Onların fikrincə, qələbə komandanı gələcək matçlara daha yüksək ovqatla çıxmaqda kömək edəcəkdi.
Vəziyyəti göz önünə gətirən «ay-ulduzlular»ımız oyuna fəal başladı və tezliklə hesabı açdı. «Qarabağ»ın hücumçusu Vüqar Nadirov düşən fürsəti qaçırmadı. Berti Foqts bu sınaq matçlarında hucüm futbolu nümayiş etdirməyi söz vermişdi. Alman mütəxəssis 2-ci görüşdə də vədinə xilaf çıxmadı. Ön xətdə çıxış edən Rauf Əliyev və Vüqar Əsgərov fəallığı ilə seçilirdi. Onları sağ cinahdan Mahir Şükürov, sol cinahdan isə Vüqar Nadirov topla təhciz edirdi. Futbolçulara sıx oynamağı tapşırıq verən Foqts, taktikada alman sistemindən kənara çıxmamağa çalışırdı. Hərçənd ona qafqaz futbolunun elementlərini əlavə etsəydi, komandamız həm vaxtaşırı qələbə qazanar, həm də qolların sayını artırardı. Çünki məqsədli nəticə kollektiv hücumla qazanılır. Rəqib də sıx oynayırdı. Amma Hindistan komansı bizdən fərqli hücuma cəm şəkildə qoşulur, müdafiəyə birgə çəkilirdi. Hər halda, millimiz ilk hissədə dünya reytinqində bizdən geridə olan rəqibin qapısına bir dəfə də yol tapa bildi. Mahirə qarşı kobudluğa görə hakim hindistanlıların qapısına 11-metrlik cərimə zərbəsi təyin etdi. Penaltini zərərçəkmiş özü, dəqiq yerinə yetirdi.
Növbəti yarıya asiyalılar fəal baladıılar. Bir-iki təhlükəli məqamda Kamran Ağayev ölkənin ən yaxşı qapıçısı olduğunu bir daha sübut etdi. Amma matçın gedişində millimiz tarazlığı yarada bildi. Əfran İsmayılovla Nizami Hacıyevi mübarizəyə qoşan almaniyalı çalışdırıcı, tədricən bunun bəhrəsini gördü. Hücumun kəsərini artıran «ay-ulduzlular»ımız son dəqiqələrdə bir qol da vurub. Meydana daxil olduğu zamandan fəallı ilə seçilən Nizami baş məşqçinin etimadını doğruldub.
Maraqladır ki, millimiz tarixində ilk dəfə Hindistan seçməsi ilə görüşdü. 20 illik müddətdə 58-ci rəqibi olan asiyalılar, meydanı məğlub tərk etdi. Bu, Foqtsun yığmamızın sükanında 10-cu qələbəsi oldu.

Kamran HACI. Dubay.

27 fevral
AZƏRBAYCAN – HİNDİSTAN - 3:0
Qol: Rauf Əliyev, 3, Mahir Şükürov, 43 (pen), Nizami Hacıyev 84
Baş hakim: Həmad Əlşef (Birləşmiş Ərəb Əmirlikləri)
Hakim-köməkçiləri: Məhəmməd Əlyalaf, Ömər Süleyman, Sultan Əbd Əlrazaq (hamısı Birləşmiş Ərəb Əmirlikləri)
Dubay (BƏƏ). “The Sevens” stadionu

AZƏRBAYCAN: 1.Kamran Ağayev, 2.Rail Məlikov, 3.Aqil Nəbiyev, 4.Mahir Şükürov, 6.Rəşad Sadiqov, 11.Rauf Əliyev, 13.Hacı Əhmədov, 14.Rəşad Sadıqov (k), 15. Ruslan Abışov, 17.Vüqar Nadirov, 26. Vüqar Əsgərov.

HİNDİSTAN: 25.Subhasiş Roy Choudhury, 22.Syed Rahim Nabi, 19.Quramanqi Sinqh (k), 3.Racu Eknath Qaikvad, 27.Quryinder Sinqh, 32.Reysanqmi Vaşum, 45.Maniş Maythani, 17.Adil Ahməd
26.Fransisko Fernandes, 18.Chonqtham Suşilkumar Sinqh, 9.Yoafim Santan Abrançes.

Xəbər 944 dəfə oxundu.