U-17 son oyunda qələbə qazanıb
17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması son oyununu keçirib.

Rumıniya komandası ilə qarşılaşan yığmamız qələbə qazanıb – 1:0. Qolu Xaqani Sadıqov vurub.

Xatırladaq ki, futbolçularımız qrupun ilk oyununda İngiltərə komandasına 0:2, növbəti qarşılaşmada isə Avstriya yığmasına 1:3 hesabı ilə məğlub olmuşdu. Son oyunda qələbə qazanmaqla yığmamız ilkin seçmə mərhələni mübarizə apardığı qrupda 3-cü pillədə başa vurub.

Xəbər 623 dəfə oxundu.