Azərbaycan döyüşçüsü peşəkar rinqdə növbəti qələbəsini qazanıb
Azərbaycanın və “Qəbələ” idman klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib.

Təmsilçimiz Rusiyada təşkil olunan kikboksinq üzrə peşəkarlar arasında “Steel Fights-4” turnirində qüvvəsini sınayıb.

A.Nəbiyev İvanovo şəhərində keçirilən K-1 növü üzrə gecənin əsas döyüşündə rinqə çıxıb. O, bu növ üzrə Avropa çempionu, italiyalı Françesko Palermo ilə üz-üzə gəlib. Qitə çempionu A.Nəbiyevin qarşısında aciz qalıb. Belə ki, idmançımız artıq ikinci raundda nokautla qalib gəlib.

Xəbər 567 dəfə oxundu.