Balakəndə stolüstü tennis üzrə rayon birinciliyinə yekun vurulub
Balakən Olimpiya İdman Kompleksində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunan uşaq və yeniyetmələr arasında stolüstü tennis üzrə rayon birinciliyinə yekun vurulub.

Rayon Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 50-dək idmançı mübarizə aparıb.

Birinciliyin qalibləri diplom və medallarla mükafatlandırılıblar.

Xəbər 806 dəfə oxundu.