Kikboksçularımız Avropa çempionatının finalına yüksəliblər
Kikboksçularımız Avropa çempionatının finalına yüksəliblər.

Sloveniyanın Maribor şəhərində kikboksinq idman növünün WAKO versiyası üzrə Avropa çempionatı davam edir.

"Neftçi İdman Klubu”nun milli komandanın heyətində yer almış kikboksçularından Çingiz Əhmədzadə (51 kq) lou-kontakt, Anar Məmmədov (51 kq) isə K-1 kontakt versiyalarında uğurla çıxış edərək finala vəsiqə qazanıblar.
Kikboksçularımız üç aydan çoxdur ki, klubun bu idman növü üzrə baş məşqçisi, Əməkdar məşqçi Ehram Məcidovun rəhbərliyi altında təlim-məşq toplanışı keçiblər.

Xəbər 1382 dəfə oxundu.