Şərur rayon komandası voleybol üzrə yoldaşlıq görüşünün qalibi olub
AZƏRTAC

Şərur rayon komandası voleybol üzrə yoldaşlıq görüşünün qalibi olub.

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində Şərur və Şahbuz rayon komandaları arasında voleybol üzrə yoldaşlıq görüşü olub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən görüşdə Şərur rayon komandası qalib gəlib - 3:2.

Hər iki komandaya Naxçıvan Muxtar Respublikasının Voleybol Federasiyası tərəfindən diplom və hədiyyələr təqdim edilib.

Xəbər 666 dəfə oxundu.