Şəmkir Olimpiya İdman Kompleksində sərbəst güləş üzrə rayon birinciliyi keçirilib
Oktyabrın 27-də Şəmkir Olimpiya İdman Kompleksində dövlət müstəqilliyimizin bərpasının 25-ci ildönümü ilə əlaqədar sərbəst güləş üzrə 2002-2006-cı il təvəllüdlü idmançılar arasında rayon birinciliyi keçirilib.

Yarışın açılış mərasimində çıxış edənlər ölkəmizdə həyata keçirilən dövlət gənclər və idman siyasətinin uğurlarından danışıblar.

Sonra yarış keçirilib. Qalib gələn idmançılar Şəmkir Rayon Gənclər və İdman İdarəsi tərəfindən medal, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Xəbər 831 dəfə oxundu.