“İnter” peşəkar idman klubunun rəhbərliyində kadr dəyişikliyi olub
“İnter” peşəkar idman klubunun rəhbərliyində kadr dəyişikliyi baş verib.

İdman.com.az klubun rəsmi saytına istinadla xəbər verir ki, klubun prezidenti Rəşad Qasımov öz xahişi ilə tutduğu vəzifədən azad edilib.

“İnter” rəhbərliyinin qərarına əsasən, prezident səlahiyyətlərinin müvəqqəti icrası klubun təhlükəsizlik idarəsinin rəisi Rüfət Abdullayevə həvalə olunub.

Xəbər 680 dəfə oxundu.