Güllə atıcılığı üzrə XII açıq Bakı turnirinə yekun vurulub
Akademik Ziya Bünyadovun xatirəsinə həsr olunmuş güllə atıcılığı üzrə XII açıq Bakı turnirinə yekun vurulub.

Bakı Atıcılıq Mərkəzində təşkil olunan yarışda 60-a yaxın idmançı bacarığını nümayiş etdirib.

"Neftçi İdman Klubu”nun turnirə qatılmış güllə atıcılarından Leyla Mirzəzadə 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçmada 364 xal toplayaraq bürünc medal qazanıb.

Kişilər arasında isə Vladislav Kalmıkov eyni məsafəyə atəşaçma yarışlarında 542 xalla turniri 3-cü yerdə başa vurub.

Xəbər 1452 dəfə oxundu.