Şaolin-sanda idman növü üzrə paytaxt birinciliyinə yekun vurulub
Bakı şəhər 111 nömrəli orta məktəbdə şaolin-sanda idman növü üzrə paytaxt birinciliyi keçirilib.

2002-2007-ci il təvəllüdlü atletlər arasında təşkil olunan yarışda 20 komandanın tərkibində 120-yə yaxın idmançı qüvvəsini sınayıb.

“Neftçi İdman Klubu”nun yetirmələri paytaxt birinciliyinin 15 medalına (8 qızıl, 4 gümüş, 3 bürünc) sahib olublar və komanda hesabında liderliyə yüksəliblər.

İdmançılardan Məhəmməd Həşimov (28 kq), Nihad Quliyev (30 kq), Xəzər Xanmirzəyev (32 kq), Ziya Məmmədov (34 kq), Rahib İbrahimov (38 kq), İsmayıl Zeynalov (52 kq), Rəşad Qəhrəmanov (56 kq) və Amil Şiriyev (63 kq) bütün rəqiblərini məğlub edərək çempion adını qazanıblar.

Xəbər 766 dəfə oxundu.