Azərbaycan Gimnastika Federasiyasının baş katibi beynəlxalq mükafatla təltif edilib
Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Tokioda keçirilən 81-ci konqresində FIG-in müxtəlif strukturlarında fəallıq göstərən bir qrup şəxs fəxri adlar və mükafatlarla təltif edilib.

Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi, FIG Şurasına iki dəfə (2008-ci və 2012-ci illər) üzv seçilmiş Fərid Qayıbov bürünc medalla mükafatlandırılıb.

F.Qayıbov 2013-cü ildə Avropa Gimnastika İttifaqının vitse-prezidenti seçildiyi üçün FIG Şurasındakı fəaliyyətini dayandırıb.

Xəbər 803 dəfə oxundu.