Azərbaycanın U-17 komandası İngiltərə yığması ilə qarşılaşıb
On yeddi yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması ilk oyununu keçirib.

İngiltərə komandası ilə qarşılaşan yığmamız məğlub olub - 0:2.

Futbolçularımız turnirdə növbəti oyununu oktyabrın 27-də Avstriya yığmasına qarşı keçirəcəklər. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Komandamızın mübarizə apardığı 6-cı qrupun oyunları Rumıniyada təşkil olunub.

Xəbər 602 dəfə oxundu.