Karlos Albertonun vəfatı ilə əlaqədar Braziliyada matəm elan olunub
Azərbaycan millisinin sabiq baş məşqçisi Karlos Alberto Torresin vəfatı ilə əlaqədar Braziliyada 3 günlük matəm elan olunub.

Futbolçunun yas mərasimi Braziliya Futbol Konfederasiyasının (CBF) inzibati binasında baş tutacaq.

Qeyd edək ki, oktyabrın 25-də 72 yaşında vəfat edən Karlos Alberto Torres 2004-2005-ci illərdə Azərbaycan yığmasını çalışdırıb.

Xəbər 536 dəfə oxundu.