Azərbaycan İngiltərə ilə üz-üzə
17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması bu gün ilk oyununu keçirəcək. Rumıniyanın Buftea şəhərindəki Futbol mərkəzində yığmamız İngiltərə komandası ilə qarşılaşacaq.

Millimizin yer aldığı qrupun digər oyununda isə Avstriya ilə Rumıniya üz-üzə gələcək.

AÇ-nin seçmə mərhələsi
6-cı qrup
25 oktyabr

20:00. Azərbaycan - İngiltərə
Hakimlər: Fyodor Zammit (Malta), Luke Portelli (Malta), Daniel Mitruti (Rumıniya), Katalin Gaman (Rumıniya).

Xəbər 669 dəfə oxundu.