Azərbaycanın Batumidəki baş konsulluğunda 12 yaşlı şahmatçılarımızla görüş keçirilib
Azərbaycan Respublikasının Batumi şəhərindəki baş konsulluğunda bu şəhərdə keçirilən şahmat üzrə beynəlxalq turnirin azərbaycanlı iştirakçıları ilə görüş keçirilib.

Baş konsul Rəşad İsmayılov ölkəmizdə idmanın bütün növlərinin, eləcə də şahmatın uğurla inkişaf etdiyini deyib. O, 2009-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə təsdiq olunmuş şahmatın inkişafı ilə bağlı Dövlət Proqramının əhəmiyyətini xüsusi qeyd edib.

Baş konsul 12 yaşlı yeniyetmə şahmatçılarımızın bu çempionatda iştirakını Azərbaycan idmanının inkişafının bariz nümunəsi kimi dəyərləndirib.

Qeyd edək ki, Azərbaycan idmançıları çempionatda “SOCAR Georgia” şirkətinin dəstəyi ilə iştirak edirlər.

Dünya çempionatında 66 ölkədən 728 idmançı iştirak edir.

Xəbər 710 dəfə oxundu.