Azər Məmmədov üçün daha bir vəzifə
“Kəpəz”in əvəzedici komandasının baş məşqçisi Azər Məmmədov klubda uşaq futbolunun rəhbəri təyin edilib. Məmmədovun əsas işi “sarı-göylər”in 9 yaş qrupu üzrə komandalarına nəzarət etmək və ümumilikdə uşaq futbolunun inkişafına dəstək verməkdən ibarət olacaq.

Qeyd edək ki, Gəncə futbolunun yetirməsi olan Azər Məmmədov futbol oynadığı dövrlərdə “Kəpəz”in kapitanı olub. Karyerasını məhz doğma klubunda başa vuran sabiq müdafiəçi “sarı-göylər” birinci divizionda çıxış edəndə bir müddət əsas komandanı çalışdırıb. Ötən ildən isə əvəzedici heyətin baş məşqçisidir.

Xəbər 797 dəfə oxundu.