Portuqaliyalı Renato Sançes dünyanın ən yaxşı gənc futbolçusu seçilib
Portuqaliya millisinin və “Bavariya” komandasının yarımmüdafiəçisi Renato Sançes İtaliyanın “Tuttosport” nəşrinin avropalı jurnalistlər arasında keçirdiyi sorğunun nəticələrinə əsasən, dünyanın ən yaxşı gənc futbolçusu seçilib. Bununla da o, bu titulun sahibinə verilən “Golden boy” mükafatına layiq görülüb.

R.Sançes səsvermədə İngiltərə millisinin və “Mançester Yunayted”in hücumçusu Markus Raşfordu, eləcə də “Bavariya”nın digər yarımmüdafiəçisi, fransalı Kinqsli Komanı qabaqlayıb.

Ötən il bu mükafata "Mançester Yunayted"in fransalı hücumçusu Antoni Marsyal layiq görülmüşdü.

Xəbər 851 dəfə oxundu.