AZAL-“Zirə” görüşündə qollu heç-heçə qeydə alınıb
Oktyabrın 24-də futbol üzrə Topaz Premyer Liqasının IX turunda AZAL komandası “Zirə”ni qəbul edib.

“AZAL Arena”da keçirilən oyun 1:1 hesabı ilə başa çatıb.

Baş hakim Rauf Cabbarovun idarə etdiyi oyunun ilk hissəsi qonaqların üstünlüyü şəraitində keçib. Matçın 25-ci dəqiqəsində topa əl ilə müdaxiləyə görə AZAL-ın qapısına 11 metrlik cərimə zərbəsi təyin edilib. Sezar Meza Kolli qapını dəqiq nişan alıb – 0:1. İlk hissə “Zirə”nin qələbəsi ilə yekunlaşıb.

İkinci hissəyə hər iki komanda sürətli hücumlarla başlayıb. Matçın 64-cü dəqiqəsində AZAL oyunda bərabərliyi təmin edib. Nuqzar Kvirtiyanın hava ötürməsindən sonra David Canalidze topu başla qapıya göndərib - 1:1. Qalan dəqiqələrdə qapılara top vurulmayıb və oyun bu hesabla da başa çatıb.

Bu görüşdən sonra “Zirə” xal ehtiyatını 11-ə çatdıraraq “Kəpəz” ilə 4-5-ci yerləri bölüşdürür. Aktivində üç xal olan AZAL isə turnir cədvəlinin sonuncu pilləsində yer alıb.

Xəbər 689 dəfə oxundu.