"Neftçi" "Qarabağ"la oyuna hazırlığı davam etdirir
"Neftçi" Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində qarşılaşacağı "Qarabağ"la oyuna hazırlığı davam etdirir. Paytaxt klubu bu görüşə ciddi itkilərlə çıxacaq.

Belə ki, müdafiəçi Rahil Məmmədov cəzalı olduğundan ağdamlılara qarşı oynamayacaq. Elşən Abdullayev zədəsini hələ də tam sağaltmayıb. Son üç gündə isə kapitan Araz Abdullayev yüksək temperatur səbəbindən məşqlərdə iştirak etmir.

Xəbər 819 dəfə oxundu.