“Neftçi” – “Qarabağ” oyununun biletləri satışa çıxarılıb
Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində keçiriləcək “Neftçi” – “Qarabağ” oyununun biletləri satışa çıxarılıb. Qiyməti 1 AZN, VİP yerlər üçün 5 AZN olan biletləri “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür.

Qeyd edək ki, oktyabrın 25-də “Bakcell Arena”da keçiriləcək oyun saat 19:00-da başlanacaq.

Xəbər 632 dəfə oxundu.