Zaqatalada Şimal-Qərb bölgəsi yarışına start verildi
Azərbaycan Cüdo Federasiyasının təkilastçılığı ilə regionlarda keçirilən yarışlar davam edir. "Şimal-Qərb" bölgəsi çempionatına Zaqatala şəhəri ev sahibliyi edir.

Oktyabrın 24-ü və 25-i "Şimal - qərb bölgəsi" üzrә 2002-2005 - ci il tәvәllüdlü yeniyetmәlәr arasında region birinciliyində 214 cüdoçu mübarizə aparır.

Zaqatala Olimpiya İdman kompleksində keçirilən turnirdə Mingәçevir, Zaqatala, Qax, Şәki rayonlarından iştirakçılar 30, 34, 38, 42, 46, 50, 55, 60, 66, və +66 çəki dərəcələrində mübarizə aparırlar.

Xəbər 836 dəfə oxundu.