İdmançımız finiş xəttinə 74 triatlonçu arasında 4-cü çatıb
Cənubi Koreyada triatlon üzrə Dünya Kuboku keçirilib. Yarışda ölkəmizi Postislav Pevtsov təmsil edib.

Avropa Kubokunun yekununda birinci olan idmançımız bu dəfə medalın bir addımlığında büdrəyib. O, finiş xəttinə 74 triatlonçu arasında 4-cü çatıb. Bu məsafəni 53 dəqiqə 40 saniyəyə qət edib.

Xəbər 534 dəfə oxundu.