Arazın UEFA Kubokunun elit mərhələsindəki rəqibləri bəlli oldu
Bu gün futzal üzrə UEFA Kubokunun elit raundunun püşkü atılıb. Bu mərhələdə qüvvəsini sınayacaq Azərbaycan çempionu "Araz"ın da rəqibləri bəlli olub.

Təmsilçimiz Dördlər finalına vəsiqə qazanmaq üçün Rusiyanın "Yuqra", Almaniyanın "Hamburq Panters" və Xorvatiyanın "Nasional" klublarına qalib gəlməlidir. Bu qrupun oyunları noyabrın 22-dən 27-dək Xorvatiyada keçiriləcək.

A qrupu: "Kayrat" (Qazaxıstan), "Nikars" (Litva), "Real" (İtaliya), "Feniks" (Kosovo).

B qrupu: "Yuqra" (Rusiya), "Hamburq Panters" (Almaniya), "Nasional" (Xorvatiya).

C qrupu: "İnter" (İspaniya), "Ekonomats" (Serbiya), "Xrudim" (Çexiya), "Maribor" (Sloveniya).

D qrupu: "Dinamo" (Rusiya), "Sportinq" (Portuqaliya), "Eto" (Macarıstan), "Targu Mureş" (Rumıniya).

Xəbər 647 dəfə oxundu.